izmedia.az xəbər verir ki, Dmitry Mironov Qələbə Günü ərəfəsində Yaroslavl vilayətində yaşayan Böyük Vətən Müharibəsi veteranlarına xüsusi təbrik məktubu və hədiyyələr göndərib.
Məlumata görə, prezident köməkçisinin məktubu cəbhə dövrünü xatırladan üçbucaq formasında hazırlanıb. Məktubda veteranlara göstərdikləri qəhrəmanlığa görə təşəkkür edilib və onların fədakarlıqlarının heç vaxt unudulmayacağı vurğulanıb.
Təbrik məktubunda qeyd olunub ki, Böyük Vətən Müharibəsində qazanılan qələbə xalqın qəhrəmanlığının simvoludur və veteranların şücaəti gələcək nəsillər üçün örnək olaraq qalır.
Bildirilir ki, hədiyyələr Yaroslavl vilayətinin müxtəlif bölgələrinə 1943-cü il istehsalı olan məşhur hərbi GAZ-67 avtomobili ilə çatdırılıb. İlk təbrikləri Yaroslavl şəhərində yaşayan veteranlar qəbul ediblər.
103 yaşlı veteran Mikhail Peymer Dmitri Mironova təşəkkürünü çatdıraraq onu qarşıdan gələn Qələbə Günü münasibətilə təbrik edib.
![]()
