Donald Trump müharibəni davam etdirməyə hazır olduğunu bildirsə də, onun bəzi müşavirləri ABŞ-nin uzunmüddətli münaqişəyə cəlb olunacağından narahatdır.
İzmedia.az bildirir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, beş gün davam edən döyüşlərdən sonra Trampın ətrafındakı bir çox şəxs artıq münaqişədən mümkün qədər tez çıxmağın zəruri olduğunu düşünür. Mənbələrin bildirdiyinə görə, ABŞ administrasiyası bu məsələdə ölkə daxilində kifayət qədər ictimai dəstək qazanmaqda çətinlik çəkir.
Bundan əlavə, vəziyyətin iqtisadi təsirləri də narahatlıq yaradır. Bildirilir ki, fond bazarında qeyri-sabitlik yaranıb, benzinin qiyməti artır və Amerika ordusunun itkilərinin çoxala biləcəyi ehtimalı var.
Bu səbəbdən prezidentin bəzi müşavirləri və yaxın müttəfiqləri onu hərbi əməliyyatı mümkün qədər tez dayandırmağa və qələbə elan etməyə inandırmağa çalışırlar.
Trampın müşavirlərindən biri telekanala açıqlamasında bildirib:
“Bu, siyasi riskdir. Burada ‘əgər’ və ya ‘amma’ yoxdur. Ümid edirik ki, ciddi problemlər yaranmayacaq. Əgər belə bir şey baş versə, bu, böyük problemə çevrilə bilər.”
İzmedia.az
![]()

