Putin Mərkəzi Afrika Respublikasının prezidenti ilə danışıqlar aparacaq

0 Min Read

Rusiya prezidenti Vladimir Putin bu gün Mərkəzi Afrika Respublikasından olan həmkarı Faustin-Archange Toadera ilə görüşəcək.

İzmedia.az bildirir ki, lider dünən axşam Rusiyaya işgüzar səfərə gəlib və Moskvadadır.

Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıqların gündəliyinə iki ölkə arasında siyasət, ticarət, iqtisadiyyat və humanitar məsələlər də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişafı daxildir.

Bundan əlavə, prezidentlər beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırırlar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş