Avropa enerji qiymətlərinin artması və Yaxın Şərqdəki gərginlik fonunda yeni enerji böhranı təhlükəsi ilə üzləşib.
İzmedia.az bildirir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, vəziyyət bu həftənin əvvəlində Avropada qaz qiymətlərini 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatdırıb və 27 fevraldan bəri qiymətlər 53% artıb. Hörmüz boğazından keçən gəmiçilik faktiki olaraq dayandırılıb, İranın Qətərdəki obyektlərə hücumları isə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını azaldıb.
FT qeyd edir ki, çərşənbə günü əvvəlcə Fransaya gedən LNG tankeri Atlantik okeanında istiqamətini dəyişərək Asiyaya yollandı ki, bu da təchizat uğrunda rəqabətin gücləndiyini göstərir. Eyni zamanda, Gas Infrastructure Europe (GIE) şirkətinin məlumatına görə, Avropa ölkələrində qaz anbarları 30%-dən az doludur; beş illik orta göstərici isə bu vaxt üçün təxminən 45%-dir. Xüsusilə Hollandiya, İsveç, Xorvatiya və Latviya kimi ölkələrdə vəziyyət kritik səviyyədədir.
FT bildirir ki, Avropa hazırda ehtiyac duyduğu LNG-nin təxminən 10%-ni Qətərdən alır. Lakin digər ölkələrdən tədarük üçün artan rəqabət qiymətləri daha da yüksəldərək inflyasiyanı gücləndirə və iqtisadi artıma mənfi təsir göstərə bilər. Bu xüsusilə LNG idxalından asılı olan İtaliya və Almaniya üçün problemli ola bilər.
Bu böhran, ABŞ və İsrailin 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatması ilə əlaqədar regional gərginliyin artması fonunda baş verir. Tehran və digər iri şəhərləri zərbələrə məruz qaldı, İranın ali lideri Ayətullah Əli Xamenei və yüksək vəzifəli şəxslər öldürüldü. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları zərbələrə məruz qalıb.
İzmedia.az
![]()

