İranda internet 10 gündür tamamilə kəsilib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 80

 İranda internet artıq on gündür ki, demək olar ki, tamamilə bağlanıb.

İzmedia.az bildirir ki, bu barədə Beynəlxalq NetBlocks xidməti məlumat yayıb.

Məlumatda deyilir:

“İranda internetin kəsilməsi 10-cu gündür davam edir. Şəbəkə bağlantısı səviyyəsi normanın yalnız 1%-ni təşkil edir.”

Fevralın 28-dən bəri ABŞ və İsrail Tehran da daxil olmaqla İran hədəflərinə zərbələr endirib. Dağıntılar və mülki şəxslər arasında itkilər barədə məlumatlar yayılıb. İran da öz növbəsində İsrail ərazisinə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına cavab zərbələri endirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş