İran dövlət televiziyası: İsrail və ABŞ obyektlərinə hücum müharibə başlayandan bəri ən böyüyü olub

1 Min Read

Ötən gecə İranın İsrail ərazisinə və bölgədə yerləşən ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr İslam Respublikasının bölgədə müharibə başlayandan bəri həyata keçirdiyi ən böyük hücum olub.

İzmedia.az bildirir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Televiziya bildirib ki, “Əsl Vəd 4” əməliyyatının sonuncu – 37-ci dalğası İranın bölgədəki düşmən qüvvələri və obyektlərinə qarşı ən genişmiqyaslı əməliyyatı hesab olunur.

Məlumata əsasən, raket və pilotsuz uçuş aparatlarının istifadə olunduğu bir neçə hücum dalğası ən azı üç saat davam edib.

Qeyd olunub ki, 37-ci dalğa zamanı “Xorrəmşəhr” tipli super ağır raketlərdən istifadə edilib. Hücumlar Tel-Əviv yaxınlığında yerləşən peyk rabitə mərkəzinə, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektlərinə yönəldilib.

Bundan əlavə, məlumatda bildirilir ki, ABŞ-yə məxsus bir sıra hədəflər də zərbələrə məruz qalıb. Onların arasında İraqın Ərbil şəhərində və Küveytdə yerləşən Amerika hərbi bazalarının da olduğu qeyd edilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş