“Time” jurnalının 14 sentyabr tarixli sayında yer alan məlumata görə, Yaxın Şərqdə kəskinləşən hərbi münaqişə fonunda Fars körfəzi ölkələri Vaşinqtonun təhlükəsizlik zəmanətlərinin etibarlılığını ciddi şəkildə sorğulamağa başlayıblar.
Nəşr yazır ki, Birləşmiş Ştatların münaqişəyə İsrailin tərəfində daxil olması, lakin prosesin fəsadlarını aradan qaldıra bilməməsi region dövlətləri üçün gözlənilməz olub. Məqalədə vurğulanır ki, Körfəz ölkələri uzun süredir Ağ Evin İran strategiyasında ardıcıllığı və effektivliyi itirdiyi qənaətindədir.
Təhlildə qeyd olunur: “Məqsədlər hər həftə dəyişirdi. İran Hörmüz boğazını bağlasa da, münaqişədən tez bir zamanda geri çəkilməyə çalışan ABŞ administrasiyası Körfəzin ərəb dövlətlərinə sanki xəbərdarlıq, məsləhətləşmə və müdafiə olmadan müharibəyə sürükləndikləri hissini yaşatdı”.
Yaranmış mürəkkəb vəziyyətdə region ölkələrinin əksəriyyəti diplomatiyaya üstünlük verərək Tehranla birbaşa qarşıdurma əvəzinə gərginliyin azaldılması yolunu seçiblər. Qətər və Oman Vaşinqtona təzyiqləri artıraraq sülh sazişinin tezliklə bağlanmasını tələb edirlər. Əvvəlcə hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyən Küveyt və Bəhreyn də sonradan digər Körfəz dövlətlərinin analoji diplomatik mövqeyinə qoşulublar.
İzmedia.az
![]()

