Yaxın Şərqdə hərbi əməliyyatlar davam edir, bu da regionda gərginliyi artırır və beynəlxalq ictimaiyyət arasında narahatlıq doğurur.
Hər iki tərəfin hərbi hücumları və qisas əməliyyatları təkcə region ölkələrinə deyil, həm də qlobal iqtisadi vəziyyətə təsir göstərməyə davam edir.
İzmedia.az çərşənbə axşamı Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
İsrail İranın paytaxtı Tehrana yeni hücum dalğası başlatdı və Livanın Beyrut şəhərinin ətraf ərazilərini də bombalayır.
İran İsrailə raket atıb.
ABŞ prezidenti Donald Tramp İrana qarşı müharibəyə başlamaq üçün müxtəlif variantları, o cümlədən ABŞ quru qüvvələrindən istifadəni istisna etməyib.
ABŞ ordusu mühüm neft ixracı marşrutu olan Hörmüz boğazı yaxınlığında bir neçə İran hərbi gəmisinin məhv edildiyini elan etdi.
İsrailin Baş naziri Benyamin Netanyahu X-də “İran xalqına” ayətullah rejimini devirməyə və “azadlıqlarını qazanmağa” çağıran bir mesaj göndərdi.
“The Times” qəzetinin verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd B-1B Lancer strateji bombardmançı təyyarəsi İrandakı hədəfləri vurmaq üçün Böyük Britaniyadakı Fairford Hava Bazasından havaya qalxıb.
İzmedia.az
![]()

