ABŞ alarm vəziyyətinə keçdi: Ağ Ev yaxınlığında silahlı insident

Nərmin
1 Min Read

ABŞ paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında çoxsaylı silah səsləri eşidilib və təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə keçib.

ABŞ Gizli Xidməti tərəfindən verilən açıqlamada bildirilir ki, şübhəli şəxs 17-ci küçə və Pennsylvania prospekti kəsişməsində çantasından silah çıxararaq atəş açmağa başlayıb. Hadisəyə dərhal müdaxilə edən gizli xidmət əməkdaşları şübhəlini zərərsizləşdirib.

Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan həmin şəxsin daha sonra öldüyü açıqlanıb. Hadisə zamanı ətrafda olan bir mülki şəxs də yüngül yaralanıb, lakin vəziyyətinin yaxşı olduğu bildirilir.

Açıqlamada heç bir təhlükəsizlik əməkdaşının xəsarət almadığı qeyd olunub.

Hadisə zamanı ABŞ Prezidenti Donald Trump Ağ Evdə olub. Olayla bağlı FBI də araşdırma başladıb və əməkdaşların hadisə yerində işlədiyi bildirilib.

Hadisə ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib və Ağ Ev ətrafında ərazi nəzarət altına alınıb.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş