Kirill Dmitriyev: Rusiya enerjisi qlobal enerji böhranının qarşısını almaq üçün vacibdir

1 Min Read

Rusiya enerjisi qlobal enerji böhranının qarşısını almaq üçün əvəzolunmazdır.

İzmedia.az bildirir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirib.

O, ABŞ-nin 12 martdan əvvəl tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarını sanksiyalardan azad etmək qərarını şərh edərkən X sosial şəbəkəsində yazıb:
“Rusiya enerjisi dünyanın ən böyük enerji böhranının aradan qaldırılması üçün vacibdir”.

Dmitriyevin sözlərinə görə, Avropa siyasətçiləri tezliklə bu reallığı qəbul etməli və enerji siyasətlərində buraxdıqları strateji səhvləri etiraf etməli olacaqlar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş