Tramp: ABŞ İranla əməkdaşlıq edə biləcəyi şəxsləri görür

1 Min Read

 ABŞ İranda rəhbərliklə əməkdaşlıq edə biləcəyi şəxsləri müəyyən edib.

İzmedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti  Donald Tramp açıqlamasında bildirib.

Prezident jurnalistlərin İranın siyasi rəhbərliyi və İslam Respublikasına qarşı ABŞ-İsrail hərbi əməliyyatının məqsədləri ilə bağlı suallarını cavablandırarkən deyib:

“Lakin, yaxşı olacağını düşündüyümüz bəzi insanlar var. Görəcəyik. Biz bu barədə danışırıq. Görəcəyik ki, işlər necə gedəcək.”

O, Florida ştatının Vest Palm Biç şəhərindən ABŞ paytaxtına uçan təyyarəsində jurnalistlərlə danışıb. Floridada o, həftəsonunu Mar-a-Laqo malikanəsində keçirib.

Tramp həmçinin vurğulayıb ki, İran üzərində “qələbə” elan etmək və əməliyyatın bitdiyini bəyan etmək niyyətində deyil: “Bunun üçün heç bir səbəb yoxdur.” Lakin o əlavə edib ki, əməliyyat tez bir zamanda başa çatacaq və İrana qarşı hərəkətlər nəticəsində “neft və digər əmtəələrin] qiyməti kəskin şəkildə aşağı düşəcək.”

Eyni zamanda ABŞ lideri qəti şəkildə İrana hücum üçün quru qüvvələrinin istifadə olunub-olunmayacağı barədə açıqlama verməyib: “Niyə sizə qoşun göndərib-göndərmədiyimi deməliyəm? Hərbi strategiyanı açıq şəkildə müzakirə etmirəm. Bu suala kim cavab verəcək?” – deyə Tramp qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş