İraqın Nəcəf şəhərində İslam İnqilabının mərhum lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvlərinin xatirəsinə matəm yürüşü başlayıb . Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə , matəm yürüşü İraqın Nəcəf şəhərində başlayıb.
Dəfn mərasimlərində milyonlarla iraqlının, eləcə də bir neçə başqa ölkədən gələn zəvvarların iştirak etdiyi bildirilir.
Cəsədlər minlərlə yas tutan iraqlının çiyinlərində daşınaraq İmam Əlinin müqəddəs hərəminə çatdı.
Dəfn mərasimi daha sonra müqəddəs Kərbəla şəhərinə qədər davam edəcək.
Bu münasibətlə İraqın Baş naziri Əli Faleh əl-Zeydi çərşənbə günü bütün İraqda rəsmi dövlət tətili elan etdi.
Rəsmi mərasimdə İran prezidenti Məsud Pezeşkyan da iştirak edir.
İzmedia.az
![]()

