Tramp Yaxın Şərq münaqişəsi səbəbindən Çin səfərini təxirə sala bilər

1 Min Read

Donald Tramp bildirib ki, Yaxın Şərqdəki gərginlik səbəbindən onun Çinə planlaşdırılmış səfəri təxirə sala bilər.

İzmedia.az xəbər verir ki, Tramp Financial Times qəzetinə verdiyi müsahibədə “Gecikə bilərik” deyib, lakin təxir müddətini açıqlamayıb.

Qeyd olunur ki, Reuters agentliyi daha əvvəl Ağ Ev rəsmisinə istinadən Trampın martın 31-dən aprelın 2-dək Çinə səfər edəcəyini bildirmişdi.

Prezident həmçinin Çini Hörmüz boğazını tankerlərin hərəkəti üçün açmaq üzrə ABŞ-nin səylərinə qoşulmağa çağırıb:

“Düşünürəm ki, Çin də kömək etməlidir, çünki Çin neftinin 90%-ni boğazlardan alır,” – deyə o bildirib. Tramp əlavə edib ki, sammiti gözləmək artıq çox gec olacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş