Cozef Aun bu gün İsrailin hava hücumları nəticəsində Livan əsgərlərinin ölümü ilə bağlı başsağlığı verib.
İzmedia.az xəbər verir ki, Aunun X-də dərc olunmuş bəyanatında qeyd edilir:
“Prezident Aun vurğulayıb ki, sabitliyin və suverenliyin qorunmasında birləşdirici milli rol oynayan hərbi quruma hücumlar Livan və beynəlxalq ictimaiyyətin ordunu gücləndirmək, Livanda dövlət hakimiyyətini genişləndirmək və silahları qanuni silahlı qüvvələrlə məhdudlaşdırmaq çağırışlarına açıq şəkildə ziddir.”
İzmedia.az
![]()

