Rusiya enerjisindən istifadə etməyən ölkələr təbii seleksiyaya məruz qalacaqlar – Dmitriyev

1 Min Read

Qlobal güclər enerji portfellərinin şaxələndirilməsi üçün Rusiyanın enerji resurslarını almaq ehtiyacını anladılar.

İzmedia.az xəbər verir ki, bu barədə prezidentin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş icraçı direktoru Kirill Dmitriyev bildirib.

O, X-də yazıb:

“Dünya Rusiya enerjisinin hər bir ölkə üçün şaxələndirilmiş enerji portfelinə daxil edilməsinin zəruriliyini anlayır”.

“Əgər Rusiya enerjisini almasanız, Darvinin təbii seleksiya prosesi sizə kömək edəcək. Aİ hər kəsin yadda saxlaması üçün ən yaxşı nümunə olacaq”, – deyə o əlavə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş