Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Çin Xalq Respublikasına səfər edəcək. Onun sözlərinə görə, səfərin dəqiq tarixləri Çin tərəfi ilə razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.
“Tarixləri tezliklə açıqlayacağıq. Səfərə hazırlıq gedir və demək olar ki, hazırlıqlar artıq başa çatıb, yalnız son detallar qalıb. Bu, çox yaxın gələcəkdə baş tutacaq”, – deyə Peskov Moskvada keçirilən brifinqdə bildirib.
Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında sonuncu məlum görüş bu il fevralın 4-də videobağlantı vasitəsilə keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıq, qlobal təhlükəsizlik, iqtisadi əlaqələr və strateji sabitlik kimi beynəlxalq məsələlər müzakirə olunub.
İzmedia.az
![]()

