İran Rusiyaya təşəkkür etdi!

1 Min Read

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd Rusiyaya humanitar yardıma görə təşəkkür edərək, Moskvanın iranlıların dərmanla təminatında mühüm rol oynadığını qeyd edib.

İzmedia.az xəbər verir ki, İran hökumət portalı onun sözlərini sitat gətirərək bildirib ki, “Rusiya Federasiyası 30 ton dərman göndərməklə dərmanlara olan ehtiyacın ödənilməsində mühüm rol oynayıb. Bu səviyyədə dəstək və həmrəylik çətin anlarda xalqlar arasında dərin insani, mədəni və tarixi əlaqələri əks etdirir”.

O, həmçinin Çin, Türkmənistan, Özbəkistan və Azərbaycana köməklərinə görə təşəkkür edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş