Estoniya Baltik dənizində Rusiya gəmilərini saxlamayacaq

1 Min Read

Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark Reuters agentliyinə bildirib ki, Estoniya Moskvanın mümkün hərbi cavabından ehtiyat etdiyi üçün Baltik dənizində Rusiya gəmilərini saxlamayacaq.

Vark qeyd edib ki, Rusiyanın “kölgə donanması”na aid olduğu güman edilən neft tankerlərinin və digər gəmilərin ələ keçirilməsi ilə bağlı sualı cavablandırarkən, “hərbi eskalasiya riski çox yüksəkdir” deyə vurğulayıb. O əlavə edib ki, Estoniya yalnız infrastruktura zərər dəydikdə və ya neft sızması baş verdikdə müdaxilə etməyi nəzərdən keçirəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bir müddət əvvəl bildirib ki, Rusiya gəmiçilik şirkətlərinə qarşı sanksiyaların tətbiqi və Rusiya karbohidrogenlərini daşıyan gəmilərin Moskvanın “kölgə donanması” kimi tanınması beynəlxalq hüququ pozur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş