“Bizi Vyetnamla hərtərəfli tərəfdaşlıq münasibətləri birləşdirir” – Peskov

1 Min Read

 Vyetnamda Rusiya tərəfindən layihələndirilmiş nüvə elektrik stansiyasının tikintisi ilə bağlı razılaşmalar irəliləyiş hesab edilə bilər.

İzmedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və Vyetnamın baş naziri Fam Min Çin arasında görüşdən əvvəl keçirilən brifinqdə bildirib.

“Bizi Vyetnamla hərtərəfli tərəfdaşlıq münasibətləri birləşdirir”, – deyə o, Vyetnamın baş nazirinin Rusiyaya səfəri zamanı “çox məhsuldar” işlədiyini və “müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı” möhkəmləndirdiyini qeyd edib.

Peskov deyib:

“Vyetnamda nüvə elektrik stansiyasının tikintisi ilə bağlı irəliləyişli bir qərar var”.

“Görüş iştirakçıları bu gün bütün bunlar barədə Rusiya dövlət başçısına məlumat verəcəklər”, – deyə o, yekunlaşdırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş