Kaja Kallas: Aİ Qəzzada HƏMAS-ın tərksilah edilməsi üzrə Sülh Şurasının yol xəritəsini dəstəkləyir

1 Min Read

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Avropa Birliyi Qəzza zolağında HƏMAS-ın tərksilah edilməsi məqsədilə Sülh Şurası tərəfindən hazırlanan yol xəritəsini tam dəstəkləyir.

Kallasın sözlərinə görə, bu təşəbbüs HƏMAS-ın tərksilah olunmasını təmin etmək və təşkilatın gələcəkdə İsrailin təhlükəsizliyinə yenidən təhdid yaratmaq imkanlarını tamamilə aradan qaldırmaq üçün həyati əhəmiyyət kəsb edir.

Aİ diplomatiyasının rəhbəri vurğulayıb ki, bloka daxil olan ölkələr HƏMAS və digər qeyri-dövlət silahlı qruplaşmalarına silah ötürülməsinin həmişəlik dayandırılması, İsrail ordusunun Qəzzadan tam çıxarılması və regionda mülki idarəetmə modelinə keçid haqqında razılaşmanı müsbət qarşılayır. Vasitəçilik səylərinə görə aidiyyəti tərəflərə təşəkkür edən Kallas, bütün tərəfləri razılaşmanı ləngimədən təsdiqləməyə və icrasına başlamağa çağırıb.

Bundan əlavə, Kaja Kallas Avropa İttifaqının Fələstin Milli Administrasiyasına dəstəyini davam etdirəcəyini bəyan edib. Məqsəd Fələstin rəhbərliyinin Qəzza zolağı üzərində effektiv və təhlükəsiz nəzarəti mərhələli şəkildə bərpa etməsinə şərait yaratmaqdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş