İsrailin iqtisadiyyat naziri: Tramp və Netanyahu İran ətrafındakı vəziyyəti birgə idarə edirlər

1 Min Read

İsrailin iqtisadiyyat naziri Nir Barkat İsrailin ictimai televiziya kanalı Kan News-a verdiyi açıqlamada bildirib ki, onun fikrincə, danışıqların əsl mahiyyəti ilə bağlı aşkar ziddiyyətlərə baxmayaraq, Tramp və Netanyahu vəziyyəti birgə idarə edirlər.

Barkatın sözlərinə görə, İranla istənilən razılaşma Tehranı bütün digər variantlardan məhrum etməlidir.

Üstəlik, onun sözlərinə görə, üstünlük ABŞ və İsrailin tərəfində olacaq: “Tramp onlarla danışıqlar aparır, eyni zamanda Fars körfəzinə qoşun yeridir”, – İsrailin iqtisadiyyat naziri bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş