Sibirdə yay aylarında zəhərli ozon artımı müşahidə olunur

1 Min Read

Sankt-Peterburq Dövlət Universiteti alimləri yay aylarında Sibirdə zəhərli troposferik ozon qatının artdığını aşkar ediblər.

İzmedia.az bildirir ki, bu barədə TASS agentliyinə universitetin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ozon Yer kürəsinin iqlim sistemində mühüm rol oynayır. Stratosferdə yerləşən ozon biosferi ultrabənövşəyi şüalanmadan qoruyur və radiasiya balansını tənzimləyir. Troposferdə isə ozon istixana qazı olmaqla yanaşı, həm də hava çirkləndiricisi hesab olunur.

Mütəxəssislərin fikrincə, bu sahədə tədqiqatlar xüsusilə Rusiya üçün əhəmiyyətlidir. Buna səbəb Arktika zonası və şimal enliklərinin həssaslığı, həmçinin ölkənin geniş ərazisi və çirklənmə mənbələrinin qeyri-bərabər paylanmasıdır. Bildirilib ki, peyk sistemlərinin mövcudluğuna baxmayaraq, Rusiya ərazisində regional tendensiyaların ətraflı təhlili indiyədək kifayət qədər geniş aparılmayıb.

Universitetdən verilən məlumata görə, fiziklər Rusiya ərazisində müxtəlif fəsillər üzrə ümumi və troposferik ozon səviyyəsinin genişmiqyaslı modelləşdirilməsini həyata keçiriblər. Araşdırma nəticəsində yay aylarında Sibirdə zəhərli troposferik ozonun artdığı müəyyən edilib və bunun meşə yanğınları ilə əlaqəli ola biləcəyi qeyd olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş