Stubb: NATO daxilində Qlobal Şimal və Qlobal Qərb arasında fərqlər dərinləşir

1 Min Read

Finlandiya Prezidenti Aleksandr Stubb “Politico”ya verdiyi müsahibədə NATO daxilində liberal dünya nizamını müdafiə edən Qlobal Şimal və razılaşmalara üstünlük verən Qlobal Qərb arasında fərqlərin yarandığını bildirib.

“Biz, yəqin ki, transatlantik tərəfdaşlıqda parçalanma deyil, daha çox bir çatlama görürük. Beləliklə, Qlobal Şimal liberal dünya nizamını müdafiə edir, Qlobal Qərb isə daha çox əməliyyat yönümlü siyasət aparan ABŞ-a çevrilir. Bu, sadəcə reallıqdır”, – deyə o qeyd edib.

Stubb həmçinin vurğulayıb ki, Avropa siyasətçiləri Yaxın Şərq məsələsində ABŞ Prezidenti Donald Trump-ı dəstəkləmək üçün mütləq birləşməli deyillər. “Bu, bir qədər sərt səslənə bilər, lakin İran mənim müharibəm deyil. Ukrayna isə mənim müharibəmdir”, – deyə Finlandiya lideri izah edib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl dəfələrlə ABŞ-ın NATO müttəfiqlərini İran ətrafındakı vəziyyətdə passivlikdə ittiham edib və Vaşinqtonun onların dəstəyi olmadan da hərəkət edə biləcəyini vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş