Moskva vaxtı ilə saat 10:00-a olan məlumata görə, MOEX indeksi və RTS indeksi müvafiq olaraq 0,36% azalaraq 2766,26 və 1072,53 bənd təşkil edib.
Eyni zamanda, yuanın rubla qarşı məzənnəsi əvvəlki ticarət bağlanışı ilə müqayisədə 6,5 qəpik artaraq 11,808 rubla yüksəlib.
Moskva vaxtı ilə saat 10:15-ə qədər bazarda qismən dəyişiklik qeydə alınıb. Belə ki, MOEX indeksi 0,19% artaraq 2781,58 bəndə yüksəlib, RTS indeksi isə 0,19% azalaraq 1078,46 bəndə düşüb. Bu vaxt ərzində yuanın məzənnəsi 1,65 qəpik azalaraq 11,726 rubl səviyyəsinə enib.
Bundan əlavə, səhər saat 07:00-da əlavə tikerlə (IMOEX2) hesablanan MOEX indeksi səhər ticarət sessiyasının açılışında 0,07% azalaraq 2774,45 bənd təşkil edib.
İzmedia.az
![]()

