Krımda An-26 təyyarəsi qəzaya uğradı: sağ qalan yoxdur

1 Min Read

Krım üzərində əlaqəsi kəsilən An-26 tipli hərbi nəqliyyat təyyarəsi uçuruma çırpılıb.

İzmedia.az xəbər verir ki, qəza nəticəsində sağ qalanın olmadığı bildirilir.

Hadisə ilə bağlı məlumatlara görə, təyyarə ilə əlaqə martın 31-də Moskva vaxtı ilə saat 18:00 radələrində müntəzəm uçuş zamanı kəsilib. Rusiya Müdafiə Nazirliyi qəza yerinin sonradan axtarış-xilasetmə qrupu tərəfindən aşkar edildiyini açıqlayıb.

İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 7 heyət üzvü və 23 sərnişin olub. Rusiya İstintaq Komitəsi son məlumatlarda bu rəqəmləri təsdiqləyib və qəza nəticəsində sağ qalanın olmadığını bildirib.

Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. Hadisə yerində Müdafiə Nazirliyinin komissiyası fəaliyyət göstərir.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş və ya uçuşa hazırlıq qaydalarının pozulması) ilə cinayət işi açılıb. Axtarış və istintaq tədbirləri Krımın Baxçasaray rayonunun dağlıq-meşəlik ərazilərində davam etdirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş