Ənsar Allah (husilər) İsrailin cənubundakı hədəflərə ballistik raketlərlə zərbələr endirdiklərini bəyan ediblər.
İzmedia.az xəbər verir ki ,bu barədə qruplaşmanın hərbi qanadı məlumat yayıb.
Bəyanatda bildirilir ki, “Silahlı qüvvələrimiz işğal olunmuş Fələstinin cənubundakı İsrailin əsas düşmən hədəflərinə ballistik raketlərlə zərbə endirərək “Müqəddəs Cihad Döyüşü” çərçivəsində üçüncü hərbi əməliyyatı həyata keçirib”.
Qruplaşma hücumun məqsədlərinə çatdığını iddia edib və əməliyyatın İran və Hizbullah ilə koordinasiyalı şəkildə həyata keçirildiyini vurğulayıb.
Husilər həmçinin bəyan ediblər ki, Yəməndən həyata keçirilən bu cür əməliyyatlar regionda düşmənçilik addımları davam etdiyi müddətdə artan eskalasiya ilə müşayiət olunacaq və yalnız bu fəaliyyətlər tam dayandırıldıqdan sonra dayandırılacaq.
İzmedia.az
![]()

