Donald Tramp İranın Xarq adasında neft anbarını ələ keçirməyi nəzərdən keçirir.
İzmedia.az bildirir ki, “Axios” bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.
Mənbə nəşrə bildirib ki, “Prezident Xarq adası ilə bağlı heç bir qərar qəbul etməyib. Lakin əlavə edib ki, Hörmüz boğazının açılması səyləri uzanarsa, bu, dəyişə bilər”.
Eyni zamanda qeyd olunur ki, Tramp Xarq adasını birbaşa ələ keçirmək ideyasını dəstəkləyir, çünki bu Tehranı maliyyələşdirmədən məhrum edərək “rejimə iqtisadi zərbə” olardı. Mənbə əlavə edib: “Prezident gözləməyəcək və iranlıların münaqişənin gedişatını diktə etməsinə imkan verməyəcək.”
“Axios” xəbər verir ki, belə bir addım yerində aktiv hərəkət tələb edəcək və İranın Fars körfəzindəki neft obyektlərinə və boru kəmərlərinə, xüsusən də Səudiyyə Ərəbistanına qarşı cavab zərbələrinə səbəb ola bilər.
İzmedia.az
![]()

