Çərşənbə günü səhər saatlarında İsrailin mərkəzi əraziləri qısa müddət ərzində dörd raket hücumuna məruz qalıb.
TASS müxbirinin məlumatına görə, Təl-Əviv və ətraf ərazilərdə hava hücumu sirenləri dörd dəfə səsləndirilib və xəbərdarlıqlardan sonra partlayışlar qeydə alınıb.
Hadisə ilə bağlı İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, İrandan raket atışları aşkarlanıb və əhaliyə dərhal xəbərdarlıq edilərək sığınacaqlara çəkilmək tövsiyə olunub.
Raket hücumlarının detalları və mümkün zərərin miqyası barədə əlavə məlumat açıqlanmayıb.
İzmedia.az
![]()

