Məsud Pezeşkian Avropa İttifaqı-nı ABŞ və İsrailin hərbi kampaniyasına qarışmamağa çağırıb və mövqeyini sərt şəkildə tənqid edib.
Tasnim xəbər agentliyinin məlumatına görə, Pezeşkian Antonio Kosta ilə telefon danışığında ABŞ və İsrail-in hərəkətlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. O, Avropa ölkələrini qərəzli yanaşmadan imtina etməyə və beynəlxalq hüquqa əsaslanan siyasət yürütməyə çağırıb.
İran prezidenti həmçinin bildirib ki, Hörmüz boğazı gəmilər üçün təhlükəli zona olaraq qalacaq və regionda hər hansı xarici müdaxilə ciddi nəticələr doğura bilər. Onun sözlərinə görə, İran özünümüdafiə hüququna malikdir və bölgədəki qeyri-sabitlik ABŞ və İsrailin hərəkətlərinin nəticəsidir.
Digər tərəfdən, Antonio Kosta münaqişənin geosiyasi və iqtisadi təsirlərindən narahatlığını ifadə edib. O vurğulayıb ki, Avropa ölkələri hərbi eskalasiyanı dəstəkləmir və münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməsini istəyir.
Tərəflər arasında gərgin ritorikaya baxmayaraq, diplomatik kanalların açıq qalması və dialoq çağırışları diqqət çəkir.
İzmedia.az
![]()

