“Time” qəzetinin məlumatına görə, Demokrat Partiyasından olan ABŞ qanunvericiləri Prezident Donald Trampın 1 maydan sonra Konqresin təsdiqi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə ona qarşı mümkün məhkəmə iddiası qaldırılması məsələsini araşdırırlar.
1973-cü il Müharibə Səlahiyyətləri Qətnaməsinə əsasən, Tramp 2 mart tarixində Konqresə hərbi əməliyyatların başlanması barədə rəsmi məlumat verib. Bu isə ona qanunverici orqanın təsdiqi olmadan 60 gün müddətində, yəni 1 maya qədər fəaliyyət göstərmək imkanı verib.
Demokratlar hesab edirlər ki, yaxınlaşan son tarix qanunsuz hesab etdikləri müharibəyə etiraz etmək üçün ən yaxşı fürsətdir. Müzakirələrin hələlik ilkin mərhələdə olduğu, lakin əməliyyatların 1 maydan sonra davam edəcəyi təqdirdə prosesin daha da genişlənə biləcəyi bildirilir.
İzmedia.az
![]()

