ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İran nümayəndələri ilə əlaqələri davam etdirir.
ABŞ lideri televiziya vasitəsilə xalqa müraciətində deyib:
“Bu müddət ərzində müzakirələr davam edir. Rejim dəyişikliyi bizim məqsədimiz deyildi… lakin rejim dəyişikliyi onların bütün ilkin liderlərinin ölümü səbəbindən baş verib. Yeni qrup daha az radikal və daha ağlabatandır”.
Tramp həmçinin qeyd edib ki, İran artıq ABŞ üçün təhlükə hesab olunmur.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bir müddət əvvəl bildirib ki, Tehran İslamabad və digər vasitəçilər vasitəsilə Vaşinqtondan danışıqlar aparmaq təklifi alıb, lakin birbaşa əlaqə olmayıb.
ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın iri şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu isə İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan edib. Bununla yanaşı, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən ABŞ hərbi bazalarına da zərbələr endirilib. ABŞ-İsrail birgə hücumları nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin və bəzi digər İran liderlərinin öldürüldüyü bildirilib.
İzmedia.az
![]()

