ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hazırda Venesuela ilə neft və qaz istehsalı və satışı sahəsində səmərəli əməkdaşlıq edir. Trampın sözlərinə görə, tərəflər “sözün əsl mənasında birgə müəssisə tərəfdaşları”dır və bu sahədə əməkdaşlıq uğurla davam edir.
O, sosial media paylaşımlarında qeyd edib ki, ABŞ və Venesuela xüsusilə neft və qaz infrastrukturunun yenidən qurulması və fəaliyyətinin bərpası üzərində birlikdə işləyirlər. Tramp bu əməkdaşlığın Venesuelaya ikinci hücum dalğasının qarşısını aldığını və təhlükəsizlik baxımından vəziyyətin sabitləşməsinə kömək etdiyini bildirib.
Xatırladaq ki, yanvarın əvvəlində ABŞ Venesuelada mülki və hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirib. Tramp həmin əməliyyatları uğurlu adlandıraraq Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ məhkəməsi qarşısına çıxarıldığını bəyan etmişdi. Bu hadisələrdən sonra Vaşinqton və Karakas arasında neft sektorunda əməkdaşlıq barədə açıqlamalar səslənib.
İzmedia.az
![]()

