ABŞ-nin İraqdakı səfirliyi Bağdadda hücum təhlükəsi səbəbindən Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Xəbərdarlıqda bildirilib ki, “İranla əlaqəli milislər” 24–48 saat ərzində şəhər mərkəzində hücumlar həyata keçirə bilər. Səfirliyin məlumatına görə, potensial hədəflər arasında ABŞ vətəndaşları, şirkətlər, universitetlər, diplomatik nümayəndəliklər, enerji infrastrukturu, otellər və hava limanları, eləcə də İraq qurumları və mülki obyektlər yer alır.
Səfirlik qeyd edib ki, müntəzəm konsulluq xidmətləri dayandırılıb və ABŞ vətəndaşlarına “dərhal İraqı tərk etmək” tövsiyə olunur.
İzmedia.az
![]()

