İran səfiri: Təzyiq altında danışıqlar aparmayacağıq

1 Min Read

İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur TASS-a verdiyi müsahibədə bildirib ki, ABŞ Prezidenti Donald Trampın iddialarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında danışıqlar aparmayacaq.

Diplomat vurğulayıb ki, “ABŞ-ın bizimlə güc mövqeyindən danışmasına icazə verməyəcəyik. İran heç vaxt təslim olmayacaq və təzyiq, eləcə də növbəti hücum təhdidləri altında danışıqlar aparmayacaq”.

Səfir əlavə edib ki, İran ABŞ-la mümkün danışıqlar zamanı raket proqramını və ya Tehranın dəstəklədiyi regional silahlı qruplaşmalar olan “Müqavimət oxu”nu müzakirə etməyi planlaşdırmır.

Bu baxımdan diplomat qeyd edib ki, ABŞ həmçinin İslam Respublikasının nüvə məsələsi üzrə bütün qanuni hüquqlarına hörmət etməlidir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş