“Rostec” yeni Match 160 patronunu təqdim edib

1 Min Read

Rusiyanın dövlət texnologiya korporasiyası “Rostec” ovçuluq və idman üçün nəzərdə tutulan yeni Match 160 patronunu hazırlayıb və təqdim edib. Bu barədə korporasiya məlumat yayıb.

Bildirilir ki, .308Win (7.62×51 mm) kalibrli bu patron idxal əvəzetmə proqramı çərçivəsində mövcud IGLA patron çeşidini genişləndirəcək.

Rostec-in açıqlamasına görə, güllənin çəkisi 160 dənə (təxminən 10,4 qram), uzunluğu isə 33,5 mm-dir və bu xüsusiyyətlər onun dəqiqliyini artırır. Patronun gülləsi qurğuşunsuzdur ki, bu da qapalı atış poliqonlarında istifadə zamanı atıcının sağlamlığı üçün daha təhlükəsiz hesab olunur.

Korporasiya əlavə edib ki, bir neçə ildir mülki silahlar üçün IGLA patronlarının kütləvi istehsalı həyata keçirilir və bu məhsullar Rusiya bazarından çıxan xarici istehsalçıları əvəz edir. Bu patronların həm hamar, həm də yivli silahlar üçün nəzərdə tutulduğu və beynəlxalq standartlara uyğun olduğu qeyd olunur.

Bundan başqa, Rostec yüksək sərtlikli qranullara malik dron əleyhinə patronların da istehsal edildiyini açıqlayıb. IGLA təlim patronlarının isə rusiyalı atıcıların beynəlxalq yarışlarda uğurlarına töhfə verdiyi bildirilir.

Match 160 patronunun bütün komponentlərinin – güllə, korpus, kapsul və barıtın – Rusiyada istehsal olunduğu vurğulanıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş