Qırğızıstanda terror təşkilatı tərəfdarı saxlanılıb

1 Min Read

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları terror təşkilatının tərəfdarını saxlayıblar.

İzmedia.az xəbər verir ki, bu barədə qurumun mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, aparılan antiterror tədbirləri nəticəsində respublika vətəndaşı müəyyən edilərək həbs edilib. Şübhəlinin terror təşkilatlarının ideologiyasına və Orta Asiyada qondarma “xilafət” yaratmaq ideyasına sadiq olduğu bildirilir. O, xaricdə işlədiyi müddətdə terror fəaliyyətinin maliyyələşdirilməsi ilə məşğul olan beynəlxalq terror təşkilatının ideoloqlarının təsiri altına düşüb.

İlkin istintaqın maraqları naminə saxlanılan şəxsin adı açıqlanmayıb. Bildirilib ki, şübhəli xaricə döyüş zonasına getməyi və əvvəllər MDB ölkələrində terror aktları törətmiş “beynəlxalq terror təşkilatının rəhbəri” ilə birləşməyi planlaşdırırdı.

Qurum qeyd edib ki, hazırda istintaq və əməliyyat tədbirləri davam etdirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş