Yunanıstan və İsraildən Şərqi Aralıq dənizində təxribatçı təlim!Afina Tel-Əvivdən aldığı raketləri vurdu

2 Min Read

Yunanıstanın Baş Müdafiə Avadanlıqları və İnvestisiyaları Direktorluğunun (GDAEE) və İsrail Müdafiə Nazirliyinin rəsmiləri (Foto: Yunanıstan mətbuatı)

izmedia.az xəbər verir ki, təlimdə diqqət çəkən məqam Afina tərəfindən İsraildən tədarük edilən SPIKE NLOS və SPIKE ER tipli idarə olunan raketlərin dəniz hədəflərinə qarşı istifadəsi olub.İki ölkənin hərbi ünsürlərinin eyni sahədə bir araya gəlməsi Yunanıstan və İsrail arasında müdafiə ittifaqının əməliyyat ölçüsünü bir daha ortaya qoydu.

İSRAİLDƏN ALDIĞI RƏMƏTLƏRİ DƏNİZDƏ SINAQ ETDİLER

Yunanıstanın İsraildən aldığı SPIKE raket ailəsi müxtəlif platformalardan dəqiq zərbə qabiliyyətini təmin etmək üçün hazırlanıb.Xüsusilə, SPIKE NLOS birbaşa görmə xətti xaricində hədəfləri vurma qabiliyyəti ilə seçilir.

İstehsalçı Rafaelin texniki sənədlərində dəniz platformaları üçün SPIKE NLOS sisteminin diapazonu 32 kilometrə qədər göstərilib.Elektro-optik görüntüləmə və məlumat bağlantısı sayəsində operator raketin uçuşu zamanı hədəfi izləyə və uyğun şərtlərlə nişana müdaxilə edə bilər.

HƏDƏF GƏMİYİNİ RƏKETLƏR VƏ TORPEDIOLARLA BATIRDILAR

Təlimdə Yunanıstan freqatları, sualtı qayıqlar, hücum katerləri, helikopterlər və hava qüvvələrinin elementləri iştirak edib.İsrail Hərbi Dəniz Qüvvələri də idarə olunan raketləri daşıyan iki gəmi ilə fəaliyyətə qatılıb.

Atışmalar çərçivəsində hədəf gəmisi olaraq istismardan çıxarılan Yunan freqatı Bouboulina (F-463) istifadə edilib.Yunanıstan Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi təlimin sonunda sualtı qayıqdan atılan SUT torpedosu tərəfindən batırılıb.

Bu detal göstərir ki, təlim təkcə raket atışlarından ibarət deyil.Fərqli dəniz elementlərinin iştirak etdiyi fəaliyyətə silah sistemlərinin istifadəsi, eləcə də qüvvələr arasında koordinasiya və dəniz hədəflərinə qarşı əməliyyatların icrası daxildir.

370 MİLYON AVRO MÜQAVİLƏNİN DƏNİZ AYAQI

Yunanıstan və İsrail arasında raket əməkdaşlığının əsası 2023-cü ilə təsadüf edir.İsrail Müdafiə Nazirliyinin 10 aprel 2023-cü il tarixli bəyanatına əsasən, iki ölkə arasında Rafael istehsalı olan SPIKE raket sistemlərinin tədarükünü əhatə edən təxminən 370 milyon avro dəyərində hökumətlərarası saziş imzalanıb.

Müqavilə təkcə dəniz qüvvələrini deyil, həm də quru və hava platformalarında istifadə olunacaq sistemləri əhatə edirdi.Yunanıstanın Apache hücum helikopterləri üçün SPIKE NLOS-un satın alınması da bu çərçivəyə daxil edilib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş