İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və mümkün təxribatlara qarşı qətiyyətli cavab verməyə hazırdır.
Onun sözlərinə görə, “Yəhudi-Ərəb-Amerika cəbhəsi” tərəfindən hər hansı yanlış hesablamaya yol verilməsi və ya atəşkəs rejiminin pozulması halında İran tərəfindən sərt və çəkindirici tədbirlər görüləcək.
Vilayəti həmçinin vurğulayıb ki, qlobal güc balansında dəyişikliklər və çoxqütblü dünya nizamına keçid fonunda İran artıq yalnız bir dövlət deyil, “İslam gücünün mərkəzi” kimi çıxış edir.
İzmedia.az
![]()

