Anadolu Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Ankaranın elan olunan atəşkəsi alqışladığını və fevralın 28-də başlayan ABŞ–İsrail–İran müharibəsinin regionu “atəş zonasına” çevirdiyini bildirib.
Türkiyə prezidenti NSosyal sosial şəbəkəsində yazıb ki, atəşkəs rejiminin mümkün təxribat və sabotajlara yol verilmədən tam şəkildə qorunacağına ümid edir.
Ərdoğan atəşkəs prosesinin bütün iştirakçılarını, xüsusilə Pakistanı təbrik edib və onun rolunu yüksək qiymətləndirib.
O əlavə edib ki, müharibə və gərginliklərdən əziyyət çəkən regionda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması əsas prioritetdir. Ərdoğanın sözlərinə görə, Türkiyə həm regionda, həm də qlobal səviyyədə sülhün tərəfdarı olaraq fəaliyyətini davam etdirəcək.
İzmedia.az
![]()

