İranın Pakistandakı səfiri Rza Əmiri Moqadam bildirib ki, İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq məqsədilə bu axşam İslamabada gələcək.
Diplomat X sosial şəbəkə hesabında yazıb ki, İsrailin atəşkəsi dəfələrlə pozması və Pakistanın Baş naziri Şehbaz Şərif tərəfindən irəli sürülən diplomatik təşəbbüsün sabotaj edilməsi fonunda, İran ictimaiyyətində müəyyən şübhələr mövcuddur.
Buna baxmayaraq, onun sözlərinə görə, İran nümayəndə heyəti İranın irəli sürdüyü 10 bəndlik təklif əsasında ciddi danışıqlar aparmaq üçün İslamabad şəhərinə yola düşür.
İzmedia.az
![]()

