Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti AÇIQLANDI

Nərmin
1 Min Read

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Açıqlamada qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir:

“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir”.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş