CBS News: İran hücumundan sağ qalan əsgərlər Pentaqonun açıqlamasını təkzib edib

1 Min Read

CBS News-un məlumatına görə, İranın Küveytdəki ABŞ hərbi bazasına hücumundan sağ çıxan amerikalı əsgərlər Pentaqon rəhbəri Pete Hegsethin hadisə ilə bağlı verdiyi açıqlamaları şübhə altına alıblar.

Nəşrin bildirdiyinə görə, hücumdan sağ qalan hərbçilər Pentaqonun təqdim etdiyi versiya ilə razılaşmır və Küveytdəki bölmələrin lazımi səviyyədə qorunmadığını iddia edirlər.

Əsgərlərdən biri dronun “möhkəmləndirilmiş mövqeyə daxil olduğu” barədə rəsmi açıqlamanı təkzib edərək bildirib: “Bunu ‘bir pilotsuz təyyarənin hücumu’ kimi təqdim etmək yalandır. Bölmə heç bir müdafiə təmin etməyə hazır deyildi. Bu, möhkəmləndirilmiş mövqe deyildi”.

Məlumata görə, hücum nəticəsində 6 nəfər həlak olub, 20-dən çox hərbçi isə yaralanıb. Bildirilir ki, bu hadisə 2021-ci ildən bəri ABŞ hərbçilərinə qarşı ən ölümcül hücum kimi qiymətləndirilir. Yaralı əsgərlərin bəziləri ağır baş travması, qanaxma və eşitmə itkisi kimi xəsarətlər aldıqlarını deyiblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş