İsrailin Xan Yunisə PUA zərbəsi nəticəsində fələstinlilər xəsarət alıb

0 Min Read
İsrail hərbi qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə zərbə endirib. Fələstinin WAFA xəbər agentliyinin tibbi mənbələrə istinadən verdiyi məlumata görə, hücum şəhərdəki “Tayba Towers” yaşayış kompleksi yaxınlığında toplaşan fələstinli mülki şəxsləri hədəf alıb.
İlkin məlumatlara görə, hücum nəticəsində çoxlu sayda fələstinli müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş