The Wall Street Journal: Ağ Ev əməkdaşlarına İrana dair maliyyə əməliyyatları ilə bağlı xəbərdarlıq edib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

The Wall Street Journal-ın 9 apreldə mənbəyə istinadən yaydığı məlumata görə, Ağ Ev əməkdaşlarına rəsmi vəzifələrindən istifadə edərək İrandakı vəziyyətlə bağlı siyasi hadisələr üzərindən maliyyə bazarlarında əməliyyat aparmamaq barədə xəbərdarlıq edilib.

Məlumata əsasən, ABŞ prezidenti Donald Trump tərəfindən İrana zərbələrin müvəqqəti dayandırılması ilə bağlı açıqlamadan bir gün sonra Ağ Ev işçilərinə fyuçers bazarlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməmələri barədə bildiriş göndərilib.

Bildirilir ki, xəbərdarlıq 24 martda elektron poçt vasitəsilə əməkdaşlara çatdırılıb.

Nəşrin mənbəsinin iddiasına görə, Trampın iki həftəlik atəşkəs elanından təxminən 15 dəqiqə əvvəl neft fyuçersləri üzrə 760 milyon dollardan çox əməliyyat həyata keçirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş