İordaniyanın Xarici İşlər Naziri Ayman Səfadi BMT Baş Assambleyası çərçivəsində İsrail hökumətinin qanunsuz siyasətinin və mülki əhaliyə qarşı addımlarının beynəlxalq ictimaiyyət qarşısında ifşasını davam etdirəcəyini bildirib. Nazir uşaqların qətli, məktəblərin dağıdılması və mülki əhalinin aclıqla üz-üzə qoyulmasına qarşı dünyada etiraz seslərinin yüksəldiyini vurğulayıb.
Səfadi sosial şəbəkə hesabındakı paylaşımında İsrail rəsmilərinin BMT-ni, humanitar təşkilatları və beynəlxalq liderləri hədəf alaraq tarixi təhrif etməyə və beynəlxalq hüquqa hörmət tələb edənləri nüfuzdan salmağa çalışdıqlarını qeyd edib.
İordaniyalı diplomat rəsmi Əmmanın İsrailin ekspansionist siyasətinin qarşısını almaq üçün təsirli beynəlxalq addımların atılmasını tələb etməyə devam edəcəyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, İsrail hökuməti beynəlxalq hüquq normalarını pozduğuna və Fələstin xalqına qarşı tətbiq etdiyi ədalətsizliklərlə regionda təhlükəsizliyə təhdid yaratdığına görə birbaşa məsuliyyət daşıyır.
İzmedia.az
![]()

