Çin qəsdən ticarət profisiti yaratmağı hədəfləmir və idxal həcmini artırmaq üçün xüsusi proqram hazırlayacaq.
İzmedia.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının vitse-baş naziri He Lifen Haynanda keçirilən 6-cı Çin Beynəlxalq İstehlak Malları Sərgisinin açılışında bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər Çinin idxal həcmi 18,5 trilyon yuana çatacaq. O qeyd edib ki, Çin ardıcıl 17-ci ildir ki, bu göstərici üzrə dünyada ikinci yerdədir.
Bundan əlavə, hökumət daxili istehlakı stimullaşdırmaq və alıcılıq qabiliyyətini artırmaq məqsədilə şəhər və kənd yerlərində yaşayan əhalinin gəlirlərini yüksəltməyə yönəlmiş hədəfli proqram başlatmağı planlaşdırır.
İzmedia.az
![]()

