İran hökumətinin sözçüsü Fatimə Mühacərani RİA Novosti agentliyinə açıqlamasında bildirib ki, rəsmi Tehran geosiyasi əhəmiyyətə malik Hörmüz boğazı üçün xüsusi rejim hazırlamağı planlaşdırır.
İzmedia.az xəbər verir ki, o qeyd edib:
“Hörmüz boğazı ölkəmizin xüsusi mülkiyyətidir. Digər ölkələrlə qarşılıqlı əlaqədə istifadə olunan hər bir resurs kimi, onun üçün də xüsusi rejimin müəyyənləşdirilməsi zəruridir”.
Mühacəraninin sözlərinə görə, İran İslam Respublikası boğaz üzərində suverenliklə bağlı milli maraqlarını qorumaq üçün bütün zəruri vasitələrdən istifadə edəcək.
İzmedia.az
![]()

