Rusiyanın dövlət kosmik korporasiyası Roskosmos bildirib ki, Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbiti 440 metr qaldırılıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 05:34-də (02:34 GMT) stansiyaya yerləşdirilmiş Progress MS-32 yük kosmik gəmisinin mühərrikləri 303 saniyə ərzində işə salınıb və 0,25 m/s impuls yaradıb. Nəticədə, stansiyanın orbit hündürlüyü 440 metr artırılaraq Yer səthindən 420,09 kilometrə çatıb.
Roskosmosun bildirdiyinə görə, orbitin tənzimlənməsi Soyuz MS-29un gəlişi və Soyuz MS-28in enişi üçün uyğun ballistik şərait yaratmaq məqsədilə həyata keçirilib.
Hazırda BKS-də Roskosmos kosmonavtları Sergey Kud-Sverçkov (TASS-ın xüsusi müxbiri), Sergey Mikayev və Andrey Fedyayev, NASA astronavtları Kristofer Uilyams, Cessika Meyr və Cek Heteuey, həmçinin Avropa Kosmik Agentliyinin astronavtı Sofi Adenot fəaliyyət göstərir.
İzmedia.az
![]()

