Şamaxıda 39 yaşlı kişi dəm qazından boğulub öldü

Nərmin
0 Min Read

Şamaxı rayonunda 39 yaşlı kişi dəm qazından boğulub.

“İzmedia.az “Oxu.Az” a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib.”

Kənd sakini 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Əmirov yaşadığı evdə dəm qazından boğulub. Qonşular onun meyitini evində aşkar ediblər.

Məlumata görə, X.Əmirov evdə tək yaşayırmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş