Livanın cənubunda İsrail və Hizbullah arasında toqquşmalar şiddətlənib

1 Min Read

Livan Milli Xəbər Agentliyi-nin məlumatına görə, Livanın cənubunda Hizbullah döyüşçüləri ilə İsrail qüvvələri arasında gərgin toqquşmalar baş verib.

Agentlik bildirir ki, İsrail ordusunun təyyarə və helikopterlərini yerləşdirdiyi Bint Cbeil şəhərində döyüşlər başlayıb. Şəhərin kənarında və ətraf ərazilərdə atışmaların davam etdiyi qeyd olunur.

Həmçinin İsrail qüvvələrinin şəhər bazarının girişinə yaxın ərazilərdə bir neçə evi dağıtdığı bildirilib.

Bundan əlavə, Tebni şəhəri hava hücumuna məruz qalıb və yerli xəstəxanaya ciddi ziyan dəyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş